525.Az

Latviya Prezidenti Azərbaycana təşəkkür edib


 

Latviya Prezidenti Azərbaycana təşəkkür edib<b style="color:red"></b>

“Biz sosial şəbəkələrdən istifadədə ehtiyatlı olmalıyıq. Pandemiya dövründə biz elmə, peyvəndə inamsızlığı görürük”.

525.az-ın məlumatına görə, bunu bu gün Latviya Prezidenti Eqils Levits Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində videomüraciətində bildirib.

Latviya Prezidenti Azərbaycana pandemiya ilə bağlı mübarizəyə, təşəbbüslərə dəstəyinə görə təşəkkür edib: “Biz bir gün ya COVİD-19-a qalib gələcəyik, ya da onunla yaşamağı öyrənəcəyik. İqlim dəyişikliyi ilə mübarizə COVİD-19-la mübarizədən daha çətindir. Bakı Qlobal Forumu bu problemləri müzakirə etmək, mübarizə aparmaq üçün çox gözəl platformadır”.

 





04.11.2021    çap et  çap et