525.Az

İnvestisiya Holdinqi BBƏ-nin logistika şirkəti ilə memorandum imzalayıb


 

İnvestisiya Holdinqi BBƏ-nin logistika şirkəti ilə memorandum imzalayıb <b style="color:red"></b>

Azərbaycan İnvestisiya Holdinqi və “Dubai Logistics World” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, imzalanan sənəd Azərbaycanın “Dünya Logistika Pasportu” (WLP) təşəbbüsünə qoşulması, beynəlxalq ticarətlə məşğul olan şirkətlərinin regional WLP mərkəzlərin təqdim etdiyi üstünlüklərə birbaşa çıxışının əldə olunması sahəsində əməkdaşlığı nəzərdə tutur.

 





04.11.2021    çap et  çap et