525.Az

Gənc yazar Sahilə İbrahimova yeni kitabını təqdim etdi (Fotolar)


 

Gənc yazar Sahilə İbrahimova yeni kitabını təqdim etdi<b style="color:red"> (Fotolar)</b>

Bu gün “Əli və Nino” kitab mağazasında gənc yazıçı Sahilə İbrahimovanın “Yuxarı və aşağı ətraflar” adlanan yeni kitabının imza günü keçirilib.

525.az-ın məlumatına görə, müəllifin “Yuxarı və aşağı ətraflar” adlanan ikinci kitabına üç hekayə, bir roman və povest daxildir.

Qeyd edək ki, kitabın adı romandan götürülüb. Yazar bu kitaba daxil olan “Məhv edilmiş xilaskarlar” povesti haqda da fikirlərini bildirib:

“Bu povest Sovet casusunun Əfqanıstana göndərilməsi, onun ordakı fəaliyyətindən bəhs edir”.

2005-ci ildən etibarən mütəmadi olaraq yazıçılıqla məşğul olan Sahilə İbrahimova ilk kitabı - “Varlı kişinin portmanatı”nı 2010-cu ildə oxuculara təqdim edib.

“Yuxarı və aşağı ətraflar”ı 500 tirajla oxuculara təqdim edən yazar artıq yeni kitab üzərində işləyir.

Nigar Məhərrəm

 





20.10.2012    çap et  çap et