525.Az

FHN “Unutmayaq, unutdurmayaq” adlı çağırışa qoşulub - Video


 

FHN “Unutmayaq, unutdurmayaq” adlı çağırışa qoşulub -<b style="color:red"> Video</b>

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında “Dəmir Yumruq” hərbi əməliyyatı ilə həyata keçirilən 44 günlük Vətən müharibəsində böyük əzm və şücaətlə döyüşən, düşmənə xalqımızın gücünü və qüdrətini göstərən şəhid və qazilərimizə, bütün müharibə iştirakçılarına dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən başlanılan “Unutmayaq, unutdurmayaq” adlı çağırışla bağlı estafet Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ötürülüb.

525.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.

"Öz növbəmizdə, biz də estafeti Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ötürərək, bütün dövlət və özəl təşkilatları bu çağırışa qoşulmağa dəvət edirik", deyə məlumatda qeyd olunub.

 

 





04.11.2021    çap et  çap et