525.Az

Azərbaycanla BƏƏ arasında alternativ enerji üzrə əməkdaşlıq müzakirə olunub


 

Azərbaycanla BƏƏ arasında alternativ enerji üzrə əməkdaşlıq müzakirə olunub<b style="color:red"></b>

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Masdar” şirkətinin icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə görüşüb.

525.az xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, görüşdə külək və günəş enerjisi, bərk məişət tullantılarının yandırılması, "yaşıl” hidrogen istehsalı və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə edilib.

"Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsi əsas prioritetlərdəndir",- nazir əlavə edib.

 





04.11.2021    çap et  çap et