525.Az

Zəlimxan Yaqubun yeni şeirləri


 

Zəlimxan Yaqubun <b style="color:red"> yeni şeirləri</b>

(Xalq şairi)


İSA
MUĞANNA

Özünün vəsiyyətinə görə qəbrinin üstündə birRuhanihavasının çalınmasını arzulamışdı. Aşıq Avdı böyük yazıçının bu vəsiyyətini ləyaqətlə yerinə yetirdi.

İsa kimdi, Muğanna kim,

İkisi bir adamdı.

Sadəlikdi, müəmmadı,

Hikmət adam, sirr adamdı.

                

Keçdi gecə, söküldü dan,

Hər əsərə can çəkdi, can.

Döyüşlərdə Qılınc Qurban,

Vuruşlarda sirr adamdı.

                

Niyə gəldi, niyə getdi,

Eşqi sara, neyə getdi.

Göydən gəldi, göyə getdi,

Ocaq adam, pir adamdı.

                

Dərman nədi, ölüm nədi, əcəl ,

Danışıb gülürdü dünənə kimi.

Min yerdə sönməyən ocaq qaladı,

Bir yerdə alışıb sönənə kimi.

                

Yerlər , göylər ona tanışdı,

Onu danışdıran dedi danış di.

Neçə peyğəmbərlə dindi, danışdı,

Mələklər yanına enənə kimi.

                

Yazdı yazdığını ağdan, qaradan,

Ona verdiyini verdi yaradan.

Bəlkə əlli il keçdi aradan,

İsa Muğannaya dönənə kimi.

                

Öz ruhuydu, öz səsiydi,

Tütək səsindəRuhani”.

Nahaq yada düşməmişdi,

Son nəfəsindəRuhani”.

                

Nahaq yerə yazmamışdı,

Sazadlanan əsərini.

O bilirdi, o duyurdu,

Qara sazın kəsərini.

                

Xallar, güllər həyatıydı,

Onun ömrü saz ömrüydü.

Zümzüməsi, qımqıması,

Şirin bir avaz ömrüydü.

                

Getdi ün eşidən kişi,

Getdi səs eşidən kişi.

İlahinin öz dilindən

Getdi dərs eşidən kişi.

                

Bu dərs Süleyman padşahın

Yer diliydi, göy diliydi.

Füzulinin kədər dili,

Mövlananın ney diliydi.

                

Min il qabaq dil açmışdı,

Danışdığı ər diliydi.

Öz canından çox sevdiyi,

Dünyanın OdƏr diliydi.

                

Zarıncı, “Mansırı,

Bəhmanı çox sevirdi.

Cəbhələrdə sazsız qalan,

Rəhmanını çox sevirdi.

                

Evlərində dillənən saz,

Başında bir tac olurdu.

Gah Nəimi, gah Nəsimi,

Gah Mənsur Həllac olurdu.

                

Həmi Mədəd Əmirliydi,

Həmi Səməd Əmirliydi.

Qəbir üstə dillənən saz,

Torpaq qədər ömürlüydü.

Saf könül dünyasıydı,

Baxışları duru idi,

Onu başa düşən adam,

Gözlərinin nuru idi.

                

Ona görə vəsiyyəti,

Son saatda saz olmuşdu,

Qəlbində havalar vardı,

Sazsız günü az olmuşdu.

                 

Nəfsi yoxluq, gözü toxluq

Yazılmışdı qismətinə.

Halallığa imza atıb,

Getdi Haqqın rəhmətinə.

                

Onun elmi, onun fəhmi,

Boqelmi yox, “Bağelmiydi.

Fikirlərdə, xəyallarda,

Min il yaşamaq elmiydi.

                

Qapalı dünyadan gəldi,

İşıqlı dünyanı gördü.

Tapdı böyük həqiqəti,

Can içində canı gördü.

                

Yazdığını qələmlə yox,

Yanar ürək yazırdı.

Eşitdiyi səsi, ünü,

Uca diləklə yazırdı.

                

Həqiqəti sərt deyirdi,

Gedirdi axına qarşı.

Sinəsi bir sipər idi,

Namərdin oxuna qarşı.

                

Aşıq Avdı saz çalırdı,

Dillər Muğanna deyirdi.

Möcüzələr danışırdı,

Tellər Muğanna deyirdi.

                

Yana-yana kül olmuşdu,

Oxuyub bülbül olmuşdu,

Çəmənlərdə gül olmuşdu,

Yellər Muğanna deyirdi.

                

Kimlər yatır burda, kimlər,

Yaddan çıxmaz bu isimlər.

Barmaqlar, pərdələr, simlər,

Əllər Muğanna deyirdi.

                

Aşıq Avdı saz çalırdı,

Baxışlar qan ağlayırdı.

Qoşulmuşdu bir-birinə,

Ürəklə can ağlayırdı.

                 

Ürəklərdən qopurdu ah,

Köç edirdi şah oğlu şah.

Gecə, gündüz, axşam, sabah,

Sökülən dan ağlayırdı.

                

Oğul, uşaq, ata, ana,

Canını qatmışdı cana.

Sığışmırdı bir cahana,

İki cahan ağlayırdı.

                

Dayanmışdı yağış, külək,

Dayanmışdı çərxi-fələk,

Yaş tökürdü göydə mələk,

Yerdə insan ağlayırdı.

                

Aldığını bizdən alıb,

Çaldığını fələk çalıb,

Bir Zəlimxan yetim qalıb,

Min Zəlimxan ağlayırdı.

03.04.2014

BİZ AĞACLAR KİMİYİK

                

Sevə-sevə, oxşaya-oxşaya, əzizləyə-əzizləyə  kökündən budağına, budağından yarpağına  nəhəng bir palıd ağacını seyr edirdim. Birdən-birə hardansa şair dostum Musa Yaqubun Xalq şairi Fikrət Qocaya yazdığıBiz ağaclar kimiyikşeiri yadıma düşdü.

                

Biz ağaclar kimiyik”,

balasıyıq bu torpağın,

Yaxşısıyıq, gözəliyik,

əlasıyıq bu torpağın.

Budağımız buludlarda,

köklərimiz dərindədi,

Ağac-insan, insan-ağac,

Dünyanın hər yerindədi.

                

Gövdəmizdə min yara var,

Yarpaq tökən budaqlarıq.

Ağac dönər tabut olar,

Taxtaları qucaqlarıq,

Biz ağaclar kimiyik.

                

Hər yarpaqda bir yuva var,

Quşlar ötər yuvamızda.

Ucalıqla saflıq yaşar,

Suyumuzda, havamızda.

Başı ucadan ucadı,

Yaşı qocadan qocadı.

Baxıram qoca palıda,

Varlığı bir tapmacadı,

Biz ağaclar kimiyik.

                

Ağırlıq, sanbal, çəki var,

Qədimlik var yükümüzdə.

Min illərin eşqi yaşar,

Gövdəmizdə, kökümüzdə.

Budaq dolu yarpaq olar,

Yarpaq dönər torpaq olar,

Axır gündə, son nəfəsdə,

Odu sönmüş ocaq olar,

Biz ağaclar kimiyik.

                

yaxşı ki, böyümək var,

Şitil dönür nəhəng olur.

Pöhrə-pöhrə qalxan şivlər,

Boynumuzda çələng olur.

Yaşıllaşıb gül açırıq,

Ömür onda gözəl olur,

Ömür onda qəşəng olur,

Biz ağaclar kimiyik.

                

Musa Yaqub, sənə qurban,

Heç kefini kəm eləmə.

Belə gəlib, belə gedir,

Dünya haqda qəm eləmə.

Aralığı qatmaq üçün,

Şeytan girir aramıza.

Daha da göynəsin deyə,

Duz basıllar yaramıza.

Üstümüzə balta gəlir,

Dəhrə gəlir, yava gəlir.

Başdan aşanda dərdimiz

Başımıza hava gəlir.

Vaxt olur ki, düşmən üstə

Qılınc kimi sıyrılırıq,

Vaxt olur ki, başı verib,

Kökümüzdən ayrılırıq.

Vaxt olur ki, döyüşürük

Qızıl tüklü xaltalarla.

Kəsilirik, tökülürük,

Doğranırıq baltalarla.

Sənolduğun kimi görün”,

Tox ol yaşa, ac ol yaşa.

Başımızda tac ol yaşa.

Meşədəki bir palıd ol,

Torpaqda ağac ol, yaşa,

Biz ağaclar kimiyik,

Biz ağaclar kimiyik.

ÖZÜNDƏN LƏZZƏT AL

 

Dostum Nazim Həsənova

                

Özgələrdən kömək umma,

Könül, özündən ləzzət al.

Şeytana yox, haqqa tapın,

Könül, özündən ləzzət al.

Ana ayrı, bacı ayrı,

Başımızın tacı ayrı.

Şirin ayrı, acı ayrı,

Könül, özündən ləzzət al.

                

Fərhad kimi dağları çap,

Məhəbbətdən bir qala yap.

Gözəlliyi özündə tap,

Könül, özündən ləzzət al.

                 

Ruhunu kövrək yaradıb,

Can verib, ürək yaradıb.

Allah səni tək yaradıb,

Könül, özündən ləzzət al.

                

Kök səndə, budaq səndədi,

Yer-göy, daş-torpaq səndədi.

Pir səndə, ocaq səndədi,

Könül, özündən ləzzət al.

                

Su tək hər çuxura axma,

Verdiyini başa qaxma.

Yaxına, uzağa baxma,

Könül, özündən ləzzət al.

                

Yaxşılığa adət eylə,

Yaxşılığı sənət eylə.

Cəhənnəmi cənnət eylə,

Könül, özündən ləzzət al.

                

Heç kəs sənə həyan olmaz,

Həyan yoxsa, bəyan olmaz.

Səni səntək duyan olmaz,

Könül, özündən ləzzət al.

Göz işıqlı, üz güləri,

Heyran elə güzgüləri.

Namərd çıxdı özgələri,

Könül, özündən ləzzət al.

                

Doğrunun düzü ol, yaşa,

Ömürdən uzun ol, yaşa.

Nəsənsə, özün ol, yaşa,

Könül, özündən ləzzət al.

                

Dumanlı bir səhər verdi,

Kədərdən çox kədər verdi.

Dünya mənə zəhər verdi,

Könül, özündən ləzzət al.

                

Yunus kimi bişdi, yandı,

Pozmadı içdiyi andı.

Sənin dostun Zəlimxandı,

Könül, özündən ləzzət al.

SİZİN EVİN DÖVRƏSİNDƏ


Sizin
dağın yamacında

bir çeşmə var,

Ürəklərə suyu axar

dodaq-dodaq.

                

Sizin kəndin qənşərində

bir saray var,

O sarayda gül-çiçəklər

qucaq-qucaq.

                

Sizin evin eyvanında

bir gözəl var,

O gözəlin sinəsində

yanan ocaq.

                

Sizin evin həyətində

bir ağac var,

Öpər onu gələn insan,

gedən qonaq.

                

Sizin evin qabağında

bir bağça var,

O bağçanın ayağında

qaynar bulaq.

                

Sizin evin dövrəsində

bir cənnət var,

O cənnəti gəzdikcə gəz,

baxdıqca bax.

TORPAQ

                

Allah, məni ağac eylə,

Kökü göydən dərin olsun.

Yarpaqları bulud-bulud,

Meyvələri şirin olsun.

Gölgəyimdən axan sular,

Dağ çayından sərin olsun.

                

Allah, məni dağ başında,

Qaya eylə, daş eylə.

Zirvələrin sinəsində

Qartala yoldaş eylə.

Bu dünyanın bu başından

O başına yol gəlim,

Ömrümü bir ömür eylə,

Yaşımı bir yaş eylə.

                

Allah, məni torpaq eylə,

Qara torpaq, qara şum.

Yerə, göyə, kainata

Torpaq kimi qarışım.

Torpaq olsun isti yuvam,

Doğma evim, eşiyim.

Öləndə torpaq olsun

Yurdum, yuvam, beşiyim.


ŞAİRİN
ÖLÜMÜ


Ağrılar
əlində acizdi bəndə,

həsrət üzülür, kədər ölür.

Dünya tutqunlaşar şair öləndə,

qədər şeirlər, nəğmələr ölür.

Zirvələr yaş tökər, ucalar ağlar,

Cavanlar ah çəkər, qocalar ağlar.

Sözlər, qafiyələr, hecalar ağlar,

Şair can verəndə gör nələr ölür.

Gözündə Günəş var, könlündə sabah,

Hər fikri səngərdi, hər sözü silah.

Şairi öldürmə, ey qadir Allah,

O ölsə, nəğməli bir səhər ölür.

 

TƏSKİNLİK


Allah
, məni bu dünyadan razı yola sal,

Yer üstündən yer altına səfər olanda.

Qoy qəbrimin torpağı da, daşı da gülsün,

Dan sökülüb, sübh açılıb, səhər olanda.

Aman Allah, yamanlardan uzaq tut məni,

Yaxşılıqdan işıq alsın ömrüm, həyatım.

Məzarım da qonşu olsun yaxşılıqlara,

Yatanda da yaxşıların yanında yatım.

Çəkilmişəm öz hücrəmə səssiz, səmirsiz,

Bir balaca bu dünyadan küskünlüyüm var.

Çətin gündə, dar ayaqda, ağır məqamda,

yaxşı ki, yaxşılıqtək təskinliyim var.

BU DÜNYANIN HƏR  ÜZÜNÜ GÖRMÜŞƏM


Mənim
yaşım uşaq yaşı deyil ki,

Hər ağacın meyvəsini dərmişəm.

Allah mənə veribsə əzəldən,

Mən onu bu dünyaya vermişəm.

Baxmamışam şeytanların sözünə,

Düz baxmışam həqiqətin gözünə.

Ömrüm boyu sevənlərin üzünə,

Ürəyimi süfrə kimi sərmişəm.

Bu yollarda kim ayılan, kim yatan,

Arzulara kim çatmayan, kim çatan.

ölənəm, itənəm, batan,

Qızıl sözdən qızıl divar hörmüşəm.

Çox sonalar uçurmuşam gölümdən,

Alov çıxır içərimdən, şölümdən.

Qorxum yoxdu ayrılıqdan, ölümdən,

Bu dünyanın hər üzünü görmüşəm.

VƏTƏNİN ƏTRİ


Çoxdandı
uzağam eldən, obadan,

Sevdiyim kəsləri görə bilmirəm.

Sevgili düzlərin həsrətindəyəm,

Bircə çiçəyini dərə bilmirəm.

Körpə nəvələrin üzündəki nur,

Evdən işığını çölə saçdımı?

Mənsiz darıxırmı köklər, budaqlar,

Görəsən bağçamda güllər açdımı?

Görəsən budaqlar bağban əliylə,

Körpə bala kimi əzizləndimi?

Artığı, əskiyi bağın, bağçanın,

Ovuc içi kimi təmizləndimi?

Həyətin, bağçanın, evin, eşiyin

İstisi, tüstüsü çıxırmı görən.

Min yerdən göz verən kövrək tənəklər,

Mənsiz ürəyini sıxırmı görən?

Hər ağac bir oğul, hər qız bir gəlin,

Hər biri başımın qızıl tacıdır.

Gözəlliyi görmək, gözəli duymaq,

İnsanın əbədi ehtiyacıdır.

Qürbətdə insanın açılmır eyni,

İnsan küskün olur, insan kür olur.

Vətən bağçasında, Vətən bağında,

Quşun cəhcəhi başqa cür olur.

Fərqinə varmadıq, fərqinə varsaq,

Ağac da, torpaq da, daş da Vətəndir.

Gözün ağlayırsa Vətən deyəndə,

Gözlərdən tökülən yaş da Vətəndir.

GƏLƏCƏK


Sidq
dildən salam verdim Allaha,

Salamımı qəbul etdi Allahım.

Axşam yatdım, səhər durdum yerimdən,

Gördüm tamam bağışlanıb günahım.

Namərdə bax, özün qoyub karlığa,

Salıb bizi çıxılmaza, darlığa.

Mən ki, belə sığınmışam varlığa,

Yerdə qalmaz amanım, ahım.

Babaların qaynağından çıxmışam,

Qaynağından, ocağından çıxmışam.

Min illərin sınağından çıxmışam,

Sözdü mənim yenilməzim, silahım.

Tanrı verən yük altında gərilləm,

Budaqlardan meyvə kimi dərilləm.

Ölsəm belə, min il sonra dirilləm,

Sübh açılar, üzə gülər sabahım.

CANIM


incə ruhun var, ruhuna qurban,

çox ah çəkirsən, ahına qurban.

Dərd adlı, qəm adlı şahına qurban,

çox ağrıdırsan nökər canımı.

Açılsın səhərim, sökülsün danım,

Dünəni düşünüm, sabahı anım.

Bir az bu dünyanı gəzim, dolanım,

Eyləmə yollarda bekar canımı.

Beşikdən məzara ömür yol çəkər,

Yükü bol daşıyar, dərdi bol çəkər.

Əcəl fərman çəkər, ölüm qol çəkər,

Toxumtək torpağa əkər canımı.

YAXŞININ


Hamı
gələr, hamı gedər dünyadan,

Dünya boyda izi qalar yaxşının.

Yoldaşların sirdaşına çevrilər,

Dodaqlarda sözü qalar yaxşının.

Yaxşılıqdı bol meyvəli budaqlar,

Yaxşılığa gen açılar qucaqlar.

Külə dönməz qaladığı ocaqlar,

Odu qalar, közü qalar yaxşının.

Yaxşı göydən günəş kimi doğular,

Zərrə-zərrə yer üzünə dağılar.

Yaman qalıb sinələrdə dağ olar,

Dağı qalar, düzü qalar yaxşının.

MƏZAR

Məzar
insanların döş nişanıdır,

Yazılır daşlara ünvanı, adı.

Kim qəbir yerinə evim demədi,

Kim qara torpaqda dəfn olunmadı?

Uçmağa, qucmağa, qucaqlamağa,

Qanad yoxdu daha, qol yoxdu daha.

Məzar insanların son dayaq yeri,

Burdan o tərəfə yol yoxdu daha.

Məzar insanların sükut evidir,

Orda qapı var, pəncərə var.

Qəbiristan deyilən bir məmləkətdə,

Keçilməz uçrum var, dərin dərə var.

Hamının dərdini çəkən mən oldum,

Hamının ağrısı, azarı məndə.

Başdaşım əyilib köksümə sarı,

Dünyanın ən dərdli məzarı məndə.

MƏNİ ARAMA


Məni
soruşma,

Məni axtarma,

Məni arama!

Məni soruşmaq,

Məni axtarmaq,

Məni aramaq,

Harama yaraşır, harama?

Yağış kimi yağmaq yox,

Sellər kimi axmaq yox,

Şimşək kimi çaxmaq yox,

Nurlu üzə, yanağa

Bir doyunca baxmaq yox,

Şeytan girib sənlə mənim arama!

Ürək xəstə,

Dil şikəstə,

Sərt ayrılıq,

Vaxtsız ölüm

Durub qəsdə.

Yaralarım göz-göz olub,

Zaman duz basıb yarama!

Dövran məni axtarmadı,

Sən məni axtarma!


YAŞAT
MƏNİ


Gəlişigözəl
söz deyil,

Dediyim sözlərin

Sözün özü gözəldi,

Canı gözəldi,

Cövhəri gözəldi.

Dodağından çıxan sözlərin,

Ləli, gövhəri gözəldi.

Duruşun heykəlimdi,

Səni yaşatmaq üçün.

Bu həyatdan, dünyadan,

Bərk yapışan əlimdi.

Baxışın  ocağımdı,

Göz yaşın bulağımdı.

Sənin ilə bu dünya,

Gəlin otağı kimi

Bəzənmiş otağımdı.

Sənin ilə bir olmaq,

Ən bəxtəvər çağımdı.

Yerişin yerim, göyüm,

Saçların buludumdu.

O buluddan çıxan səs

Kamanımdı, udumdu.

Gözəlim, yaşat məni!

Gözəl günlər eşqinə,

Sevib sevilmək qədər,

Böyük hünər eşqinə!

HAMIYA QİSMƏT OLSUN

Kəpənək kimi zərif,

Qarışqa kimi zəhmətkeş,

Arı kimi halal,

Sən hər dəfə danışanda

Dodağından bal tökülür, bal.

Çəmən kimi ətirli,

Çiçək kimi xətirli,

Meşə kimi al-əlvan,

Ağac kimi çətirli.

Adam sənə baxanda

Heyrətdən lal olur, lal.

Can dərdə həsrət olsun,

Yer üzü cənnət olsun.

Hamıya qismət olsun

Səndə olan gözəllik,

Səndə olan ərzi-hal!

KAŞ GÖRMƏYƏYDİM

Buz kimi soyuq,

Bulud kimi nəmli.

Qış kimi sərt,

Boran kimi zəhərli.

Ürək kimi qəhərli,

Üzü-gözü zəhərli

Bir gündə gördüm səni!

Gözdən-könüldən uzaq,

Qırılıb düşmüş budaq,

Gözü tutulmuş bulaq,

Bitib-tükənmiş ocaq.

Elə bil vətəndə yox,

Sürgündə gördüm səni.
 

GƏLMƏDİ

Anam Qarabağdemədən

dilim oldu dilim-dilim,

Mərd oğullar şəhid oldu,

sağ gedənlər sağ gəlmədi.

Gecə-gündüz qan ağladı,

qəlbim, ruhum, duyğularım,

Necə oldu, ağlamaqdan

gözlərimə gəlmədi.

Yaylaq yetim, oylaq qəmgin,

bulaq küskün, ocaq ölgün,

Qurudu kök, öldü budaq,

bostanıma tağ gəlmədi.

Aylar keçdi, illər ötdü,

saç ağardı, mən qocaldım,

Saraldı gözümün kökü,

mən gözləyən çağ gəlmədi.

Cıdır düzü cıdırsızdı,

binələrim çadırsızdı,

Necə deyim sinəm üstə

dağ üstündən dağ gəlmədi.

QÜRBƏT

Mən gördüm üzünü, heç kəs görməsin,

Üzünü gor görsün qürbətin.

yaşamaq olur, ölmək olur,

Ağrısı ağırdı həsrətin.

Dost olar taleyi, bəxti kəmlərə,

Yorğun ürəkləri atar qəmlərə.

Qardaşdı, sirdaşdı cəhənnəmlərə,

Yolunu göstərməz cənnətin.

İblisin, şeytanın odu var onda,

Zülmün, ayrılığın adı var onda.

Heç zaman tükənməz dadı var onda,

Ağrının, qəzəbin, bir xiffətin.

Başının üstündə dumandı, buluddu,

Evinin içində əbədi sükutdu.

Yolsuz yolçuluqda, umudsuz umudda,

Sanı yox, sonu yox amansız həsrətin.

İsinmir daş-divar, alışmır ocaq,

Qəribin başında çatlayır çanaq.

Dünyaya gəlməyin nahaqmış, nahaq,

Vətəndən uzaqda ölməksə qismətin.
 

SƏFƏR


Sökülür
dan yeri, doğur Günəşi,

Səhərin ən gözəl səhərdi, Tanrım.

günün dalınca bir gün gəlir,

Xəbərin gözəl xəbərdi, Tanrım.

Yaratdıqca ürək, yaratdıqca əl,

Daşında gül açır, torpağında ləl.

Sənin yaratdığın hər şeydən gözəl,

Əsərin gözəl əsərdi, Tanrım.

Yerin , göyün nurlu həyatdı,

Nurdan yarananlar şöhrətə çatdı.

Gör neçə mərtəbə, gör neçə qatdı,

Şəhərin gözəl şəhərdi, Tanrım.

Donunu yaşıldan biçir yolların,

Könüldən-könülə köçür yolların,

İnsan ürəyini seçir yolların,

Səfərin gözəl səfərdi, Tanrım

 





29.04.2014    çap et  çap et