525.Az

Növbəti Qlobal Bakı Forumunda Ermənistan nümayəndəsinin iştirakı təklif olunub


 

Növbəti Qlobal Bakı Forumunda Ermənistan nümayəndəsinin iştirakı təklif olunub<b style="color:red"></b>

“Biz növbəti dəfə Qlobal Bakı Forumunda Ermənistanın nümayəndəsini görmək istəyərdik”.

525.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Latviyanın keçmiş Prezidenti (2007-2011) Valdis Zatlers bildirib.

Valdis Zatlers növbəti dəfə Qlobal Bakı Forumunda təşkil edilən panellərdə Ermənistan nümayəndəsinin də iştirak edəcəyinə inandığını vurğulayıb.

 





06.11.2021    çap et  çap et