525.Az

”Qarabağ abidələri uşaqların gözü ilə” müsabiqəsi keçirilib


 

”Qarabağ abidələri uşaqların gözü ilə” müsabiqəsi keçirilib<b style="color:red"></b>


F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 8 noyabr Zəfər gününə həsr olunmuş ”Qarabağ abidələri- uşaqların gözü ilə” adlı 10-15 yaş məktəblilər arasında ümumrespublika əl işləri müsabiqəsinin yekun mərhələsi keçirildi. “İşğaldan azad olan mədəniyyət abidələrimiz” adlı müsabiqə çərçivəsində fəal oxucular kitabxanaya çoxsaylı əl işləri təqdim etdilər.

525.az xəbər verir ki, müsabiqə qaliblərinin əl işləri kitabxananın böyük oxu zalında sərgilənərək  05.11.2021- ci il tarixində təqdim olundu.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqlara dəstək olan valideynlərin və müəllimlərin əməyindən danışaraq uşaqların milli vətənpərvərlik ruhunda tərbiəsinin vacib olduğunu vurğuladı. Bildirdi ki, milli mənəvi dəyərlərimizin aşılanması istiqamətində uşaqlarla valideynlərin birgə yaradıcılıq işi xüsusi əhəmiyyətə malik olmaqla gələcəkdə öz bəhrəsini verəcək. Digər çıxış edənlər də uşaqların əl işlərini qiymətləndirərək onlara təhsildə uğurlar dilədilər. Təqdimatda kitabxana əməkdaşlarının hazırladığı “Qarabağ abidələri uşaqların gözü ilə” çarxlı video slayd tədbir iştirakçıları tərəfindən izlənildi.

Ombudsman aparatının əməkdaşları Azər İsalı və Azadə Novruzova, psixoloq Aydan Xasməmmədzadə, uşaq yazarı Sevinc Nuruqızı, Gəncliyə Yardım Fondunun və AMEA Ədəbiyyat İnstitutunun Uşaq şöbəsinin əməkdaşları, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun memarı  Arifə İsgəndərova, əl işlərinin müəlifləri,  general-leytenant K.A.Kərimov adına 8 saylı tam orta məktəbin 3a sinif şaqirdləri və diqər qonaqlar iştirak edirdi. Xüsusilə qeyd etmək istəyirik ki, sərgi də eşitmə və görmə qabiliyyəti məhdud olan oxucunun da əl işi  təqdim edilmişdi. Müsabiqə iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırıldı. 

Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarixi və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtrmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək idi.

 


 

 





06.11.2021    çap et  çap et