525.Az
Leyla Yunus sərbəst buraxıldı
Aprelin 29-na keçən gecə Binə hava limanında Azərbaycanı tərk etmək istəyərkən saxlanılan hüquq müdafiəçisi Leyla Yunus sərbəst buraxılıb.
Lent.az-ın məlumatına görə, bu gün L.Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilir. Bir neçə dəqiqə sonra o idarənin binasını tərk edib.
Qeyd edək ki, L.Yunusla bərabər onun həyat yoldaşı Arif Yunus da saxlanılıb. A.Yunus daha sonra özünü pis hiss etdiyi üçün 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
29.04.2014
çap et