525.Az

"Həqiqətin böyüyü" və ya "yer və azadlıq fəlsəfəsi"


 

"Həqiqətin böyüyü" və ya "yer və azadlıq fəlsəfəsi"<b style="color:red"></b>

Ucundadır dilimin həqiqətin böyüyü,
qoydular deyəyim,
kəsdilər dilimi.

Dilinin ucundakı həqiqəti ilə Vətən yaradıb, bu həqiqətin özünü Bayraq qaldırdı Əli bəy Hüseynzadə.

"Həqiqətin böyüyü" dediyi bir şey idi Əli bəy üçün?..

Yer Azadlıq fəlsəfəsi!

"Böylə bir zamanda fəlsəfəbazlıqdır!.. Sən bizə anlat ki dumaya, Dövlət Dumasına seçilməyə  layiq içimizdə filosof kimdir? Kimdir Bakıda o filosof, o həkim ki, gedib Peterburqda məclisi-məbusanda sair əzalar kimi bağırsın ki, bizə , biz Qafqaziya müsəlmanlarına da yersiz, yurdsuz qalan, əsarət bəlasına düçar olan biz müsəlmanlara da " yer azadlıq" lazımdır. "Yer" - yəni əkin ziraət yeri lazımdır. "Azadlıq" - yəni müsəlman türk cəmaətinin külliyyat etibarilə öz tərəqqi səadəti üçün hər növ vəsaitə hürr sərbəst müraciət edə bilmək üçün azadlıq lazımdır!... Sən bizə "Yer Azadlıq" fəlsəfəsini anlat!.."

Həsən bəy Zərdabinin "Əkinçi"sinin qol çırmayıb becərdiyi milli zəmində "İrşad" arzusu ilə "Həyat" yaratdı Əli bəy. Bu "Həyat"ın davamı üçün "Yer" istədi ki, milli zəmində "Azadlıq" ruhunda Türk məfkurəsini cücərtsin, Türk çocuqlarını yetişdirsin. Azadlıq toxumunun səpildiyi milli zəmin isə Vətən idi.

 

Vətən Türkiyədir türklərə,

Türküstan,

Vətən böyük, müəbbəd bir ölkədir Turan (Ziya Gökalp)

 

"Viladət təzkirəsi" ya "vəsiqeyi-nəşət" adlandırılan "Yer Azadlıq" fəlsəfəsinin himni öz rişələrini Əli bəy Hüseynzadənin hazırladğı zəmindən alırdı: "Təkcə ədəbiyyata deyil, eyni zamanda, ictimai təfəkkürə, dünyanın ideoloji lüğətinə çağdaş anlamda sirayət etmiş Turan, Əli bəy Hüseynzadənin çox gənc yaşlarındaykən İstanbulda qələmə aldığı bu poetik parça ilə - "türk ittihadına dair yazılmış ilk şeirlə" (Ziya Gökalp) daxil oldu Əli bəyin "Turan" mənzuməsi "panturanizm məfkurəsinin ilk təcəlləsi" kimi təzahür etdi (Ziya Gökalp)." (Azər Turan)

Turana İslama gedən yolun bir olduğuna inanaraq Vətən fəlsəfəsi ilə Füzuliyə yaxınlaşırdı  Əli bəy Hüzeynzadə:

Sizlərsiniz, ey qövmi-macar, bizlərə ihvan,

Əcdadımızın müştərəkən mənşəyi Turan.

Birdir yolumuz, ermək üçün nur ilə Hakka,

Mümkünmü ayırsın bizi İncil ilə Quran?

İsəviyyətin ilk intişar etdiyi məmləkətlərin birində, yəni Yunanıstanda gəzərkən kəndli, fəqir bir xristian komasında rəsm yerinə müsəlman qaydasında divardan asılı bir lövhə gördü Əli bəy Hüseynzadə: "O lövhədə açıq mavi rəngli bir atlas üzərində zərrin bir xətt ilə yunaniyul-ibarə olaraq bu sözlər yazılı idi: "İman, ümid, məhəbbət!", iştə o üç qüvvət ki, İsa anınla naciyi-kainatdır". Zənnimizcə, üç kəlmənin üçünü daha şümullu olan bir "məhəbbət" kəlməsilə ifadə etmək mümkün olduğu kibi, məhəbbət kəlməsini kəlimətullah ilə, yəni İsa namilə ifadə etmək olur: məhəbbət, yəni İsa, İsa yəni məhəbbət!.. Bu o qüvvətdir ki, ona yeddi əsrdən sonra Xatəmülənbiya -l Mürsəlin tazə bir ruhaniyyət, tazə bir rövnəq, tazə bir nuraniyyət, illa yövmülqiyamə sönməyəcək bir rövnəq nuraniyyət verdi..." - deyə fikir edərək yer üzünün Şərqini , Qərbini sevən, müsəlmanı dünyaya,  dünyanı müsəlmana sevdirən mütəfəkkiranə çıxış etdi:

"Fəxri-kainat əfəndimiz buyurmuşdur ki, zəlaləti-küfrdə bulunan bir məmləkət ədl ilə baqi qalacağı kibi, ədl olmayan bir ölkə İslam namını hamil olsa da, bəqapəriz olamaz...

Ədl olursa, hürriyyət olur, hürriyyət olursa, məhəbbət məvəddət olur. Həzrəti-İsanın da, həzrəti-Məhəmmədin şə`r qanunları bu həqiqətə müncərdir..."

Füzuli "səri-kuyi-yarın" Vətən olduğuna inanaraq tərk etməz deyildimi?!

Turan Hakkın Vətəni idi Əli bəy Hüseynzadə üçün!

Turan İslamın yürüdüyü məkan idi Əli bəy Hüseynzadə üçün!

Turan Quranın baqi qaldığı yer

 idi Əli bəy Hüseynzadə üçün!

Amma  həm Turan hələ Qızıl Alma idi...

Əsrlərlə yad tapdağında otu kökündən qazınan, yad çəkmələr altında xaric toxumlarla becərilən milli zəmini Vətənə çevirməyin yolunu da göstərirdi gələcəyin qurucusu olan "türk qanlı, müsəlman etiqadlı, Avropa qiyafəli fədai": "Çirkablara daş atmalıdır, həm doluncaya, yox edilincəyə, ortadan vücudları qaldırıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır, qayalar yuvarlatmalıdır. Daş, qaya kafi deyildir. Oradan tibbin tövsiyə etdiyi zəhərli-zəhərli mikrob öldürücü məvaddi-əfniyyə ilə doldurmalı, üzərinə neft qazı tökməli, sonra da atəş yağdırmalı, ta ki üfunətindən, üzviyyati-sariyyəsindən bir əsər qalmasın. Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqdan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli - Avropa qiyafəli fədai!"

Vətən olacaq Yerin qoynundakı o çirkablar nəyi ifadə edirdi? "Yuxarı sıçrayan murdarlıq" Həsən bəy Zərdabiləri millətin həyatından uzaqlaşdırıb Dövlət Dumasının kürsülərinə can atanlar deyildimi?

"Həqiqətin böyüyü" adlandırdığı bu üçlü düsturu (Türkləşmək! İslamlaşmaq! Müasirləşmək!) illər öncəsi İstanbulda tələbə ikən düşünüb "buldum" deyə kəşf etmişdi, öncə öz ruhunda cücərtmişdi, sonra Ziya Gökalp kimi alpların ruhunu oyandırmışdı "yuxarı sıçrayan murdarlıqdan qorxmayan fədai": "Bu mənəvi təbib, İstanbula gəldikdən sonra türklərin musab olduğu ictimai xəstəliyin səbəbini tam bir sənə düşündü. Bir sənə sonra sinifdə Əli bəyin, Arximed kibi, "buldum, buldum" - deyə bağırdığını eşitdilər. Sinif arkadaşları - " buldun" - deyə ətrafına toplandılar.

"İctimai xəstəliyimizin ismini buldum; biz yangəldizm xəstəliyinə tutulmuşuz" - dedi.

Filhəqiqə biz əsrlərdən bəri yan gəlmişdik. Avropanın tərəqqiyə doğru gedişinə laqeyd bir qələndər nəzəriylə baxıyorduq. Bizi bu yangəlmək xəstəliyindən qurtarmaq üçün ruhlara atəşli bir vəcd edəcək müqəddəs bir məfkurə lazımdır".

Bu həmin məfkurədir ki, dilinin ucundakı "həqiqətin böyüyü" ilə Əli bəy Hüseynzadə Bakıya gəldi.

Gəldi. nəyin şahidi oldu?

 

Bilirmisən cühəla etdilər Vatana?

qoydular uyuya, qoydular oyana.

 

Amma yaxşı ki, hələ son nəfəsində diri buldu Vətəni:

 

Durur bila-hərəkət rəvamı bir diriyə,

getmədə iləri, dönmədə geriyə. -

 

deyən Əli bəydən "Dəbistan" da sual edirdi: "Yatan yatanı necə oyadar?"

Əli bəy düşünürdü: "Dörd-beş yüz ildən bəri avropalı qonşularımızın gözləri müstəqbələ, gələcəyə `tuf ikən, `tuf olmaqla, `luf ikən, biz gözümüzü hənuz mazidən ayıramadıq. Biz hətta xatırımızdan çıxardıq ki, maziyi görmək, bilmək, ancaq istiqbalı, təriqeyi-atiyi təyin üçün belə lazımdır!..Bu surətlə, biz bir növ bütpərəstliyə giriftar olduq ki, onun adına mazipərəstlik deyirlər!"

"Mazipərəstliy"in  müxtəlif şəkilləri var: mülayim şəklinə mühafizəkarlıq, ifrat şəklinə ricətpəsəndlik deyirlər. Hər iki halda yatıb yuxusunda olanları görmək, olacaqları yuxusuna görə yozmaq mazipərəstliyin əlamətləri idi ki, oyaq olan biri vardı, onu düşündürürdü: "Bu mazipərəstlik, bu ricətpəsəndlik üzündən bizlər, biz şərqlilər, biz müsəlmanlar şu son dörd-beş yüz il zərfində cərəyan edən vüquati-əziməyi-cahandan bixəbər, binəsib qaldıq.

Binəsib bixəbər qaldığımız üçün külliyyətli zərər ziyanlara düçar olduq..." Bu dörd-beş yüz il zaman ərəfəsində nələr oldu yaxud nələr olmadı?!. "Aləmdə fövqəladə böyük hadisat, hadisati-inqilabiyyə" vüqua gəldi!..." Böyük türk düşünürdü, təəssüflənirdi: ".... fəqət bunların heç biri cüz`i olsun üzərimizdə bir təsir hasil etmədi!..." Didinirdi: "Hətta biz bu hadisatdan bixəbər qaldıq." Çırpınırdı: "Bəşəriyyətin bir qismi əziməsində bu hadisatın bəxş etdiyi mənafeyi-əzimədən binəsib qaldıq."

Əli bəy Hüseynzadə "həqiqətin böyüyünü" dilinin ucundan düşürənə qədər, "Yer Azadlıq fəlsəfəsi" ilə Şeyxül-Turan olana qədər "Hali-Vətən" bu idi:

 

"Əbu qırır qapıyı, biz evdə bixəbəriz,

başqa başqalarız, ittihad edəriz."

 

 Bəs etməlidir? Yatanları, maziyə qapılanları, "hənuz xilafət səltənət qovğasını bitirməmiş" olanları, "Avropanın göbəyi, qəlbi sayılan Fransada qopan tufan"ın mütəəssir edə bilmədiklərini necə oyatmalı?.. Ətrafını saran bu zülmətə, qaranlıqlara nüfuz edə bilməyən nəzərlərini gələcəyə, istiqbala necə yönləndirməli?.. Bütün bunlar idi "Yer Azadlıq fəlsəfəsinin" əsas problemləri... "İrşad" yolunu tutdu "Həyat"a doğru Əli bəy Hüseynzadə: "İrşad"ın zühuru həyati-milliyəmizdə qayət mühüm bir xətvəyi-tərəqqidir. Hətta deyə bilərəm ki, bu xətvənin əhəmiyyəti əxirən sair şəhərlərdə sahəyi-intişara çıxan qəzetələrin zühurundan dəxi ziyadədir". Bizim şəhərimiz üçün bu kimi mühüm bir hadisə "olsa-olsa "Əkinçi" qəzetinin zühuru idi. "Əkinçi" qəzetəsi bir zamanda çıxmış idi ki, o vaxt müsəlmanca heç bir qəzetə yox idi. Hətta cəmaətimiz qəzetə nədir? - onu belə bilmiyordu." Bax burada Əli bəy gəlir mətləb üstünə. "Yatan yatanı necə oyadar?" sualı hələ unudulmayıb. Gələcək "Yer Azadlıq" məmləkətinin hər bir üzvü özü oyanan kimi yatanları oyandırmaq haqqında düşünməlidir: "Əgər qəzetə millətin, cəmaətin gözü isə, o cəmaəti birgözlü edən Həsən bəy həzrətləri idi."

Həmvətənlərini iki gözü ilə oyandırmağın zamanı artıq çoxdan gəlmişdi, amma bunu üzərinə götürən hələ yox idi. "Yatmışları razı deyiləm kimsə oyatsın" fikri-düşüncəsi ilə yalnız öz mənfəətini güdənlərin zavalına gəlirdi bu zavallı millət: "Əkinçi" qəzeti bağlandıqdan sonra, Həsən bəy bir müddət Bakıda xidmətsiz qalıb öz kəndləri olan Zərdaba köçməyə məcbur oldu. "İştə, cəmaəti ilk dəfə əkməli-məxluqat olan insan kimi "Həyat" ilə bərabər iki gözlü edən "İrşad" olmuş oluyor." Lakin bu camaat üçün ikigözlü olmaq hələ kifayət deyildi. Yunan mifologiyasındakı Arqos kimi çoxgözlü olmaq lazım idi. Amma bununla belə iki gözə malik ola bilməyi Əli bəy səadət sayırdı "İrşad"la "Həyat"ı stereoskopun (müsəlmanca "mücəssəmbin") iki qoşa "fotoqraflar"ına bənzədirdi: "İştə şəhərimizin cəmaəti hadisati-dəhrin, şüuni-aləmi iki qəzetə vasitəsilə ikitərəfli seyr tamaşa edərsə, şübhəsiz o şüuni, o hadisatı daha dürüst, daha mücəssəm mükəmməl bir surətdə görmüş olur. Ələlxüsus, böyük bir inqilab dövrü olan bu günlərdə hər halda bir neçə gözlü olmaq zəruridir!"

Gələcəyinə stereokopla baxılan "Həyat"ın "mənayi-həqiqisi" düşündürürdü "Yer Azadlıq" bərabərdir Vətən" filosofunu: "Həyat"ın `nayi-həqiqisi nədir? - sualı cavabsız qalmışdır. Hərəkət, fəaliyyət, rəqabət, mübarizə üçündür? Nəşvü-nüma, dövrü-kamal nəyə lazımdır? "Həyat"ın mənayi-həqiqisi nədir?.. Pək çox hükəma üdəba bu xüsusda zehinlərini yormuşlardır. Bizə qalırsa, "Həyat"ın mənayi-həqiqisi meyli-"Füyuzat"dır!.." Bununla da Füzuliyanə çıxış edirdi Vətən filosofu. İki fikir irəli sürürdü: Birincisi, "Həyat" qəzetinin nəşri "Füyuzat"ı yaratmağa meyl idi; İkincisi, həyatın qayəsi mənəvi səadətə meyldir!

"Həyat"ın mənası meyli-"Füyuzat"dır!" - şüarı ilə yaratdığı həyatı yaşayacaq "Yer Azadlıq"  Vətəndaşını yoğururdu Əli bəy Hüseynzadə: "Sözümüzə  diqqət buyurulsun: "Həyat" "Füyuzat"dır demiyoruz, "Həyat" meyli-"Füyuzat"dır" diyoruz!.. `biri-axərlə "Həyat" füyuzati-vicdaniyyəyə meyl arzusudur. "Həyat"ın övsafından olan bütün mücahidat mübarizatımız bu şövqi-`nəvinin sövqi ilə vüqua gəlməkdədir. Bir fərddə, bir cəmaətdə, bir millətdə, bütün bəşəriyyətdə şövqi-füyuzat yox isə, o fərdi, o cəmaəti, o milləti, bütün bəşəriyyəti ölü saymalıdır”. Bu hökmün niyəsinə özündən başqa kimsə belə mükəmməl izah verə bilməzdi: Bir yoxsul mömin vicdanının paklığı saflığı sayəsində ölümdən sonra əbədi səadətə nail olacağından əmindir. Bir zəngin dinsiz, ya ölümdən sonra səadətə çatacağından əmin deyildir, yaxud elə bir əbədi həyat səadətinin varlığına əsla etigad göstərməyir. Bu iki həyatdan hansı mükəmməldir? Şübhə yoxdur, birinci həyat, vicdanları bu aləmdə saf pak olanlar müvəqqəti səadət ilə deyil, əbədi səadət şövqü ilə yaşayırlar... Beləliklə, əsl ülviyyət saflıq da bu əbədi səadətdədir. Budur, "vəlvələngiz" inqilablarda bolluca görüb heyran olduğumuz bütün o əzəmətli qəhrəmanlıqlar, bütün o ülvi fədakarlıqlar, ancaq belə əbədi səadət şövqünün sayəsində təcəllinüma olmaqdadır...(Əli bəy Hüseynzadə)

"Bən istərdim ki, öylə bir sehr, ya əfsun bulunsun ki, anın qüvvətilə bütün millətimizi birdən-birə cəmi-füyuzati-vicdaniyyəyə məzhər etmək mümkün olsun!" - kimi bir arzu uğrunda yalnız peyğəmbərlərin tökdüyü göz yaşlarının bərəkətinə layiq görülmüş Əli bəy Hüseynzadə "Yer Azadlıq" məmləkətinin vətəndaşlarının yetişəcəyinə ümid bəsləyirdi: "Lakin insanların tədricən dünya üqbada naili-füyuzat ola bilmələri üçün əllərimizdə vəsait vardır." Nədir?

Söyləyib bildirmək!

Kəlam ilə xəbərdar etmək!

Fikir zehni işıqlandırmaq!

Qəlbi həyəcana gətirmək!...

 

Könül  NƏHMƏTOVA

filologiya üzrə fəlsəfə doktoru
konul.nehmetova@mail.ru

 

Yazı Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin "Əli bəy Hüseynzadə Türk Dünyası" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 





29.04.2014    çap et  çap et