525.Az

Qələbə və özünə qayıdış - Zəfərin birinci ili (Video)


 

Qələbə və özünə qayıdış - <b style="color:red">Zəfərin birinci ili (Video)</b>

Bu gün könüllərə su səpən, dillərə nəğmətək qonan, qürur  və qəhrəmanlıq salnaməmiz - şanlı Zəfərimizdən bir il ötür. Nəfəs çəkib dayandığımız, birlikdə həyəcanlanıb, birlikdə güldüyümüz, rəşadətli Ordumuzdan gələn hər qələbə xəbərini bayrama çevirdiyimiz Vətən müharibəsindən keçən bir ili geridə qoymuşuq.

Məhz 8 Noyabr tarixindən dönüb geriyə baxanda görürük ki, bu gün bizim üçün təkcə qələbə tarixini deyil, işğaldan azad edilən torpaqlarımıza yenidən həyatın qayıtdığı gündür. Bu bir ildə  haqqın zəfər qazandığı, Qarabağ üçün yenidən günəşin doğduğu zamandan ata-baba torpaqlarımızda yenidənqurma işləri, mədəniyyət tədbirləri, sosial layihələr və digər bir çox genişmiqyaslı işlər həyata keçirilməyə başladı.

“525-ci Kanal” Zəfər Gününə özəl həsr edilmiş videoçarxını təqdim edir: 


Bayramımız mübarək! 

Mətnin müəllifi: Afaq Rza
Səsləndirən, videoqraf: Nigar Abbasova

 





08.11.2021    çap et  çap et