Leyla Yunusun ofisində aparılan axtarış yekunlaşıb.
APA-nın məlumatına görə, axtarış başa çatdıqdan sonra Leyla Yunus jurnalistlərə açıqlamasında qeyd edib ki, əməliyyatçılar ofisdən bəzi müqavilələri, hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusun müəllifi olduğu kitabları, həmçinin Leyla Yunusa 1994-cü ildə erməni tarixçisi tərəfindən verilmiş vizit kartını götürüblər.
Daha sonra əməliyyatçılar axtarış aparmaq üçün Leyla Yunusun yaşadığı evə gediblər.
çap et