525.Az

Edama aparılan məhbuslar nazirliyi məhkəməyə verdi


 

Edama aparılan məhbuslar nazirliyi məhkəməyə verdi<b style="color:red"></b>

Yaponiyanın Osaka şəhərində edamını gözləyən iki məhbus ailələri ilə sağollaşmağa vaxt saxlanılmaması və bunun insan hüquqlarına zidd olduğunu əsas gətirərək Ədliyyə Nazirliyini məhkəməyə verib. 

525.az xəbər verir ki, Yaponiyada edam məhbusları və onların ailələri heç vaxt edam ediləcəyi günü və vaxtını əvvəlcədən bilmirlər. Bu məlumat məhbuslara edam günü verilir. Özləri ilə eyni vəziyyətdə olan edam məhkumlarına etiraz etmək hüququ verilmədiyi üçün bu tətbiqə etiraz edən və adı açıqlanmayan iki məhbus bu tətbiqin dəyişdirilməsini istəyib və 22 milyon yen təzminat tələb edib.

Məhkumlar adından danışan onların vəkili Yutaka Ueda deyib: "Edamı gözləyən məhbuslar hər səhər oyanırlar ki, bu, həyatlarının son günü olacaq. Bu, insanlıqdan kənar haldır".

El Roman
 

 





09.11.2021    çap et  çap et