525.Az

Bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır! - Video


 

Bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır! - <b style="color:red">Video</b>

9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günüdür.

Bu il bayraq günümüz daha bir məna ilə gözəlləşir. Bir il öncə başlanan və qələbəmizlə yekunlaşan şanlı Vətən müharibəsi zamanı bayrağımız ata yurduna - doğma Qarabağa geri döndü. Şəninə şeirlər yazılan, mahnılar bəstələnən müqəddəs bayraq Qarabağa tələsirdi.

Əlinə silah alıb, köksünə ay-ulduzlu mübarək bayrağı sıxan minlərlə gənc isə onu Qarabağda dalğalandırmağa tələsirdi. Ölümü gözündə boğan Vətən oğulları hüququndan keçməyə, namusunu hifz etməyə, bayrağını yüksəltməyə tələsirdi...

Köksündə qoruduğu bayrağı adım-addım, oba-oba, kənd bə kənd sancaqlarda ucaltdıqca qürurlanıb dağa döndük. Ordumuzdan gələn hər xəbəri, dalğalanan bayrağımızı izlədikcə birlikdə dedik: "Sənə hər an can qurban!"

“525-ci Kanal” Dövlət Bayrağı Gününə özəl videoçarxını təqdim edir:

 

Mətnin müəllifi: Afaq Rza
Səsləndirən, videoqraf: Nigar Abbasova

 





09.11.2021    çap et  çap et