525.Az

Maliyyə Nazirliyi milli prioritetlərə uyğun 5 illik dövrü əhatə edən strateji sənəd hazırlayıb


 

Maliyyə Nazirliyi milli prioritetlərə uyğun 5 illik dövrü əhatə edən strateji sənəd hazırlayıb<b style="color:red"></b> “2022-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən ölkənin 2030-cu ilədək milli prioritetləri əsas götürülüb”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, ölkənin 2030-cu ilədək milli prioritetləri ilə bağlı Prezidentin sərəncamına uyğun olaraq Maliyyə Nazirliyi 5 illik dövrü əhatə edən strateji sənəd hazırlayaraq dövlət başçısına təqdim edib: “Bununla yanaşı, dövlət və icmal büdcələrin hazırlanmasında İqtisadiyyat Nazirliyinin hazırladığı makroiqtisadi proqnoz göstəriciləri də əsas kimi qəbul edilib”.

 





10.11.2021    çap et  çap et