Türkiyənin Azərbaycandakı səfirliyində Türkiyə dövlətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib.
525.az xəbər verir ki, türkiyəli diplomatlar səfirliyin həyətində Atatürkün abidəsini ziyarət ediblər, önünüə gül dəstələri düzəblər.
Mərasimdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov, Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım da ediblər.
“Milli mübarizənin baş komandanı, Cümhuriyyətimizin qurucusu, müasir Türkiyənin memarı Mustafa Kamal Atatürkü hörmətlə andıq”, - Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı tviter hesabında yazıb.

çap et