525.Az

Bu gün Rusiya və dünya Dostoyevskinin 200 illik yubileyini qeyd edir


 

Bu gün Rusiya və dünya Dostoyevskinin 200 illik yubileyini qeyd edir<b style="color:red"></b>

Noyabrın 11-də Rusiya Prezidenti Vladimir Putin Fyodor Dostoyevskinin anadan olmasının 200-cü ildönümü günü münasibətilə yazıçının həyat və yaradıcılığına həsr olunmuş “Moskva Dostoyevski Ev Muzeyi” Mərkəzinin açılışında iştirak edəcək.

525.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

V.Putin yazıçının şəxsiyyətinə, əsas həyat hadisələrinə, əsərlərinə həsr olunmuş xatirə və tarixi-ədəbi ekspozisiyalara baxacaq.

Prezident muzeylə tanış olduqdan sonra rus ədəbiyyatının xadimləri - yazıçının yaradıcılığı üzrə mütəxəssislərlə də görüşəcək.

Xatırladaq ki, V.Putin 2016-cı ildə yazıçının anadan olmasının 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 





11.11.2021    çap et  çap et