525.Az

Bakının bir neçə yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır


 

Bakının bir neçə yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır<b style="color:red"></b>

Bakıda bir neçə yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə APA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
 
“Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Səbail rayonu Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin və Lermontov küçələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaqdır.

 





30.04.2014    çap et  çap et