525.Az

Ceyhun Bayramov Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının toplantısında iştirak edəcək


 

Ceyhun Bayramov Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının toplantısında iştirak edəcək<b style="color:red"></b> Bu gün xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Brüssel şəhərinə yola düşüb.

XİN-dən 525.az-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

 





14.11.2021    çap et  çap et