525.Az

Heydər Əliyevin 91 illik yubileyi Aktauda qeyd olunub


 

Heydər Əliyevin 91 illik yubileyi Aktauda qeyd olunub<b style="color:red"></b> Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 91 illik yubileyi ilə bağlı olaraq 29 aprel 2014-cü il tarixində Qazaxıstan Respublikasının Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universiteti ilə birgə tədbir keçirib.

Baş konsuluğunun mətbuat katibliyindən 525.az-a verilən məlumata görə, universitetin konfrans zalında təşkil edilmiş tədbirdə universitetin müəllim və tələbələri, kiv nümayəndələri, şəhər ictimaiyyəti, Atırau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, filologiya elmləri doktoru, professor Beybit Mamrayev Heydər Əliyevin haqqında tədbir iştirakçılarına məlumat verərək, onun Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında əhəmiyyətli rolu, iki qardaş xalqı arasında əlaqələrin möhkəmləndirilməsi, 90-cı illərin əvvəlində müstəqilliyini yenicə əldə etmiş hər iki dövlət üçün zəruri olan qarşılıqlı dəstəyin həyata keçirilməsi sahəsində apardığı siyasət haqqında danışıb. Tədbir zamanı ulu öndər, Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Rektor Heydər Əliyevin adı ilə bağlı Baş konsulluq tərəfindən Qazaxıstanın qərb vilayətlərində fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsində, o cümlədən X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində təhsil alan tələbələrə bir dəfəlik təqaüdələrin verilməsinin yüksək qiymətləndirərək, təqaüd almış hər bir tələbə üçün həyatının önəmli nailiyyətlərindən olduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulu Rəşad Məmmədov çıxış edərək, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində gördüyü əvəz olunmaz xidmətlərindən danışıb. Baş konsul çıxışında, təqaüdün qaliblərinin universitet rəhbərliyi ilə Baş konsulluq arasında universitetin əla oxuyan, özlərində liderlik xüsusiyyətləri daşıyan tələbələri arasından seçildiyini qeyd edib. 

R.Məmmədov universitetin müxtəlif fakültələrindən seçilmiş beş tələbəyə Heydər Əliyev təqaüdünə layiq görülməsi haqqında sertifikatlar, ölkəmizin tarix və mədəniyyətini əks etdirən suvenirlər, Baş konsulluq tərəfindən nəşr etdirilmiş “İki xalq – bir tale” kitabları, həmçinin beş yüz ABŞ dolları məbləğındə təqaüd təqdim edib.

Daha sonra, Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan, habelə bu sahədə aprılmış və hazırda davam etdirilən siyasət barədə danışıb.

 Çıxışlardan sonra, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. 
 





30.04.2014    çap et  çap et