525.Az

Ötən həftə 64 hektara yaxın ərazi minadan təmizlənib


 

Ötən həftə 64 hektara yaxın ərazi minadan təmizlənib<b style="color:red"></b>

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan 525.az-a verilən məlumata görə, noyabrın 8-dən 13-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 57 piyada əleyhinə, 56 tank əleyhinə mina və 20 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 63,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, ANAMA 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 31-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 10200 piyada əleyhinə mina, 4329 tank əleyhinə mina və 12436 Partlamamış Hərbi Sursat (PHS) aşkarlayıb. Həmin dövrdə 5944 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 





15.11.2021    çap et  çap et