525.Az

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb


 

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb<b style="color:red"></b>

Bu ilin noyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 299,8 min nəfər olub, onlardan 4 984,5 min nəfərini məşğul əhali təşkil edib.

525.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,9%, məşğul əhalinin sayı isə 1,2% artıb.

Cari il oktyabrın 1-nə olan məlumata görə, ölkədə muzdla çalışan işçilərin sayı 1699,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 795,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1667,6 min nəfər çalışıb.

 





16.11.2021    çap et  çap et