525.Az

Lirə manata qarşı son bir ayda 11% ucuzlaşıb


 

Lirə manata qarşı son bir ayda 11% ucuzlaşıb<b style="color:red"></b>

Noyabrın 17-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 3,3% azalaraq 0,1631 manat təşkil edib ki, bu da yeni tarixi minimum sayılır.

525.az-ın Azərbaycan Mərkəzi Bankının göstəricilərinə əsasən verdiyi məlumata görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 11,1% azalıb.

Ötən gün lirənin dollara qarşı məzənnəsi də 3,7% azalaraq yeni tarixi minimuma enib. Analitiklərin fikrincə, bu, yeni valyuta böhranına gətirib çıxara bilər. Belə ki, Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsini yenidən azaltması gözləntiləri mövcuddur.

Qeyd edilir ki, lirənin rekord aşağı səviyyələrə düşməsinə və oktyabrda ölkədə illik inflyasiyanın 19,9% olmasına baxmayaraq, TMB-nin uçot dərəcəsini bu həftə daha 1 faiz bəndi azaldaraq 15%-dək endirməsi gözlənilir. Xatırladaq ki, TMB sentyabrdan bəri uçot dərəcəsini 3 faiz bəndi azaldaraq 16%-ə qədər endirib. TMB-nin məlumatına görə, hazırda 1 dollar 10,1854 lirəyə bərabərdir.

 





17.11.2021    çap et  çap et