525.Az

"525-ci qəzet" 29 yaşında - Video


 

"525-ci qəzet" 29 yaşında - <b style="color:red">Video</b>

Bu gün müasir Azərbaycanın dövri mətbuatının öncüllərindən olan "525-ci qəzet"in 29 yaşı tamam olur. 1992-ci ilin qarışıq və bir o qədər çətin zamanlarında işıq üzü görən qəzet mətbu aləmdə öz sözünü deməyi, öz yerini tutmağı bacardı.

Başda Rəşad Məcid olmaqla onunla birlikdə qələm dostları, silahdaşları bəlkə də, nəticəsinin necə olacağını bilmədikləri bir yola çıxdılar. Ancaq bildikləri bir şey vardı, bu yol “Əkinçi” yoludur, maarif yoludur.

Yarandığı ildən çox keçmədi ki, keyfiyyətli iş prosesi ilə bu qəzet mətbu orqan olmaqla yanaşı, jurnalistika məktəbinə də çevrilə bildi. Neçə-neçə gənc jurnalist bu qəzetin mürəkkəbiylə yoğrulub özü bir qələm sahibi oldu.

Gənclər üçün tramplin rolunu oynayıb, sağlam daşlar üzərində yeni mətbuat binası yaratmaq heç də asan iş deyildi. Ancaq bir qrup gənc jurnalistin inancından yaranan "525-ci qəzet" bunu bacara bildi.

"525-Kanal" qəzetin 29 yaşına özəl videoçarxı təqdim edir:  

Mətnin müəllifi: Afaq Rza
Səsləndirən, videoqraf: Nigar Abbasova

 





17.11.2021    çap et  çap et