525.Az

Təhsil Nazirliyi məktəblərin istilik təminatı ilə bağlı operativ qrup yaradıb


 

Təhsil Nazirliyi məktəblərin istilik təminatı ilə bağlı operativ qrup yaradıb<b style="color:red"></b>

Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən ölkənin dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb. 

Təhsil Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb. Bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan məsələlərlə məşğul olacaq.

Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-5 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi votsap xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür.

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) təmin olunur.

 





17.11.2021    çap et  çap et