525.Az

Şəhid olmuş və xüsusi qəhrəmanlıqlar göstərmiş tələbələrin fotoslaydları nümayiş olunur


 

Şəhid olmuş və xüsusi qəhrəmanlıqlar göstərmiş tələbələrin fotoslaydları nümayiş olunur<b style="color:red"></b>

Xalqımızın yaddaşına qızıl hərflərlə yazılan 2020-ci ilin 44 günlük Vətən müharibəsinin və Azərbaycanın bu savaşda əldə etdiyi tarixi zəfərin birinci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) sentyabr ayından etibarən əsas tədris binasının foyesində və yeməkxanasında yerləşən üç reklam monitorunda universitetin Qarabağ və Vətən müharibələrində şəhid olan və xüsusi qəhrəmanlıqlar göstərən tələbə və məzunları haqqında fotoslaydlar nümayiş olunur. 

525.az xəbər verir ki, Pedaqoji Universitetin Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən hazırlanan fotoslaydlar gün ərzində dövri olaraq nümayiş olunur və tələbələri maarifləndirir.

Fotoslaydlarda müxtəlif dövrlərdə ADPU-nun, onun filialları və tərkibindəki Pedaqoji Kollecin tələbə və məzunları olmuşümumilikdə 42nəfər haqqında məlumat təqdim edilir. Onlardan3 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 1 nəfəri “Zəfər” Ordeni ilə, 4 nəfəri “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilmiş, 29 nəfəri (onlardan 7 nəfəri ADPU nəzdində ADPK-nın tələbə və məzunlarıdır) Birinci Qarabağ müharibəsi şəhidi, 12 nəfəri (onlardan 2 nəfəri universitetin Şamaxı Filialının, 1 nəfəri Ağcabədi Filialının, 3 nəfəri ADPK-nın tələbə və məzunlarıdır) Vətən müharibəsi şəhididir.
 

 





17.11.2021    çap et  çap et