525.Az

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırıb


 

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.

 





17.11.2021    çap et  çap et