525.Az

Gələn il yaşayış minimumunun həddi 210 manata qaldırılır


 

Gələn il yaşayış minimumunun həddi 210 manata qaldırılır<b style="color:red"></b>

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.

525.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.

Qeyd edək ki, 2021-ci ildə yaşayış minimumu 196 manat olub.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 





17.11.2021    çap et  çap et