525.Az

MEK ilə Qazaxıstan Mərkəzi Elmi Kitabxanası arasında müqavilə imzalanıb


 

MEK ilə Qazaxıstan Mərkəzi Elmi Kitabxanası arasında müqavilə imzalanıb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Qılım Ordası” təsərrüfat idarəetmə hüququ üzrə Respublika dövlət müəssisəsinin Mərkəzi Elmi Kitabxanası arasında əməkdaşlıqhaqqında müqavilə imzalanıb.

525.az xəbər verir ki, Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev, qarşı tərəfdən isə sözügedən təşkilatın baş direktoruAbubakirova L.P imzalayıblar.

Əməkdaşlıq sazişi, kitabxanalar səviyyəsində birgə elmi və mədəni layihələrin, konfransların, təlim seminarlarının və s. həyata keçirilməsində qarşılıqlı informasiya dəstəyi göstərməklə yanaşı, mədəni məkanın inkişafına töhfə verən birgə tədqiqatların aparılmasınıda nəzərdə tutur. Həmçinin bu əməkdaşlıq, hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi, müasir elektron kitabxana və resursların yaradılması istiqamətlərini də əhatə edir.
 

 





17.11.2021    çap et  çap et