525.Az

Hüquqi şəxslərin dövlət qeydiyyatı elektronlaşdırılır


 

Hüquqi şəxslərin dövlət qeydiyyatı elektronlaşdırılır<b style="color:red"></b>

Kommersiya qurumları və publik hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndəriləcək.

525.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanun parlamentdə qəbul edilərək Prezident tərəfindən təsdiqlənəcəyi təqdirdə 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi parlamentdə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

 





17.11.2021    çap et  çap et