525.Az

Türkiyə səfiri Ermənistanla sərhəddə şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib


 

Türkiyə səfiri Ermənistanla sərhəddə şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlət sərhədində Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların yaxınlarına başsağlığı verib.

525.az xəbər verir ki, bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”, - paylaşımda deyilir.

 





17.11.2021    çap et  çap et