525.Az

Şəhid əsgər Elçin Ağayev dəfn olunub


 

Şəhid əsgər Elçin Ağayev dəfn olunub<b style="color:red"></b>

Düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Elçin Ağayevin nəşi bu gün axşam saatlarında Cəlilabad rayonuna gətirilib.

525.az xəbər verir ki, vida mərasimindən sonra şəhidimiz rayon mərkəzi qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin nəşinə bükülmüş Azərbaycan bayrağı atasına verilib.

Dəfn mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

 





17.11.2021    çap et  çap et