525.Az

AFFA futbolçu olmuş şəhid əsgərlə bağlı paylaşım edib


 

AFFA futbolçu olmuş şəhid əsgərlə bağlı paylaşım edib<b style="color:red"></b>

AFFA noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə ilə bağlı paylaşım edib.

525.az xəbər verir ki, Assosiasiyanın instaqram səhifəsində edilən paylaşımda bildirilir: “Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Əlizadə Elmin Samir oğlu 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində AFFA tərəfindən təşkil olunan liqaların iştirakçısı olub.

Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Allah rəhmət eləsin!”.

Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.

 





17.11.2021    çap et  çap et