525.Az

Braziliya ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalana bilər


 

Braziliya ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalana bilər<b style="color:red"></b>

10 Noyabr tarixində Braziliyanın Federal Senatında iclas zamanı, Azərbaycan-Braziliya parlamentlər arası dostluq qrupunun sədri Senator Antonio Anastasiya bir sıra məsələlər arasında bir həftə öncə Azərbaycana səfərinin təəssüratları ilə bölüşmüşdür. Çıxışında senator A. Anastasia (PSD-MG) Azərbaycana səfəri barədə məlumat vermiş, yeni qaytarılmış Qarabağ torpaqlarında Braziliyanın kənd təsərrüfatı sahələrində əməkdaşlıq vasitəsilə bərpa və yenidənqurma işlərində iştirak imkanlarından danışmışdır. Qeyd olunmuşdur ki, Ermənistan ilə uzun sürən münaqişədən sonra Qarabağ yenidən Azərbaycana qayıtmışdır. 

525.az xəbər verir ki, senator öz çıxışında qeyd etmişdir: “Beləliklə, mən bu istinadı etmək istəyirəm, çünki Braziliya bu sahələrdə əməkdaşlığa dəstək vermək niyyətindədir və sülh prosesinin möhkəmlənməsi üçün imkanları da var. Əslində, Braziliyanın həmin regionda daha artıq geosiyasi mövqeyə malik olması, şirkətlərimizə və universitetlərimizə əməkdaşlıq üçün yeni imkanlar açır. “Paytaxt Bakıda hakimiyyət orqanları ilə, o cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə söhbət zamanı həmin ərazilərin bərpası və yenidən qurulması, müxtəlif əməkdaşlıqlar üçün imkanların açılması, xüsusən də bu sahədə əməkdaşlıq niyyəti çox aydın idi” deyərək Senator öz həmkarlarına müraciət etmişdir.  

Antonio Anastasiya izah etmişdir ki, Braziliya 1990-cı illərdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən, Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli cəhdlərində iştirak edib.

Senator onu da bildirdi ki, Azərbaycana səfər həmin ölkə hökumətinin dəvəti əsasında baş verib və səfər zamanı Azad olunmuş ərazilərdə (Ağdam) və Gəncədə olub. Qeyd olunasıdır ki, Senatorun çıxışı həm Senatın radiosunda həm də televiziyasında yayımlanıb.

https://www12.senado.leg.br/noticias/materias/2021/11/10/anastasia-relata-possibilidade-de-acordo-de-cooperacao-entre-brasil-e-azerbaijao

 

 





17.11.2021    çap et  çap et