VIII Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Bolqarıstanın sabiq Prezidenti RosenPlevnelievin Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etdiyi, öz ərazilərini 30 illik işğaldan sonra azad etməyə müvəffəq olduğunu və tarixi ədaləti bərpa etdiyini, Azərbaycanın Qarabağ regionunda işğal dövründə bütün mədəni və dini abidələrin dağıdıldığını, hazlrda isə orada yenidənqurma və bərpa işlərinin aparıldığını, eləcə də regionda əməkdaşlıq üçün yeni imkanların açıldığına dair Azərbaycan mətbuatına verdiyi müsahibələrlə əlaqədar Bolqarıstanın erməni icması olduqca kəskin və nifaq dolu bəyanatla çıxış edərək, R.Plevnelievinictimai qınanması və pislənilməsi məqsədilə Bolqarıstanın Prezidenti RumenRadevə və ölkə ictimaiyyətinə müraciət etmişdir.
525.az xəbər verir ki, buna cavab olaraq Bolqarıstanda yaşayan həmvətənlərimiz cavab bəyanatı ilə çıxış etmiş və yerli erməni icmasının nifrət və təhrifdən ibarət bəyanatının həm millətlərarası nifaqın alovlandırılmasına xidmət etdiyini və elementar etik prinsiplərindənuzaq olduğunu bildirərək, 30 il ərzində Azərbaycan Respublikasının ərazilərinin Ermənistanın təcavüzü nəticəsində işğal altında qalması, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin bu müddət ərzində icra edilməməsi, yüz minlərlə Azərbaycanlının Ermənistan tərəfindən tətbiq edilmiş etnik təmizləməyə məruz qalması faktlarınıvurğulamışlar. Qeyd olunmuşdur ki, yerli erməni icması keçmiş münaqişəni dini qarşıdurma kimi təqdim etmək istəyir, lakin onun əsasını Ermənistanınhaqsız ərazi iddiaları və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini ilhaq etmək niyyəti təşkil etmişdir. Əlavə olunmuşdur ki, Azərbaycan multikultural dəyərlərə xüsusi önəm verən dövlətdir və ölkə ərazisində çoxsaylı xristian icmasının, o cümlədən bolqar icmasının nümayəndələri sülh, qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində yaşayır və Azərbaycan və erməni xalqları arasında yaxınlaşmanın və barışın əldə edilməsi üçün erməni cəmiyyətində müdrüklük və uzaqgörənlik, həmçinin mehriban qonşuluq təfəkkürüüstünlük təşkil etməlidir. Bolqarıstanın Azərbaycan icmasının bəyanatı Bolqarıstan mətbuatında geniş yayılmışdır.
çap et