525.Az

“Həzi Aslanov”–“Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb


 

“Həzi Aslanov”–“Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb<b style="color:red"></b>

Bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətti üzrə “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən sərnişinlər qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib.
 
Hadisə nəticəsində “Həzi Aslanov” stansiyasından “Nərimanov” stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb.
 
“Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət edirlər”, - deyə qurumdan bildirilib.

 





01.05.2014    çap et  çap et