Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefaya göndərilir.
Bu barədə 525.az APA-ya istinadən xəbər verir. Məlumata görə, “Joxovurd” qəzeti yazır ki, bununla bağlı artıq siyasi qərar verilib və yeni müdafiə naziri Suren Papikyan A. Davtyanın yerinə kadr axtarır.
Nəşrin yazdığına görə, nazir hələlik bu addımı atmağa tələsmir, belə ki, bu posta uyğun kadr tapa bilmir. Hazırda məsələ mümkün kadrların axtarışı səviyyəsindədir.
çap et