525.Az

Qobustanda insan sümükləri aşkarlanıb


 

Qobustanda insan sümükləri aşkarlanıb<b style="color:red"></b>

Noyabrın 19-u saat 10 radələrində Qobustan rayonu Dərəkənd kəndi ərazisində insan skeleti sümüklərinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qobustan rayon prokurorluğundan 525.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və insan skeleti sümüklərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

 





19.11.2021    çap et  çap et