525.Az

Pakistanda “TikTok” qadağası ləğv edildi


 

Pakistanda “TikTok” qadağası ləğv edildi<b style="color:red"></b>

 

Pakistanda keçən ilin oktyabr ayından bəri "uyğun olmayan məzmun" səbəbilə 4 dəfə bloklanan Çin sosial media tətbiqi "TikTok"a qoyulan qadağa yenidən götürülüb.

525.az xəbər verir ki, yerli medianın məlumatına görə, Pakistan Telekommunikasiya Agentliyi (PTA) "TikTok" platformasında "əxlaqsız və qeyri-qanuni" məzmunun nəzarət altına alınacağına əmin olduqdan sonra tətbiqə qoyulan qadağanı ləğv edib. Qurum Pakistan qanunlarına və sosial dəyərlərinə zidd olan məzmunun yayılmamasını təmin etmək üçün “TikTok”da məzmunu izləməyə davam edəcəyini açıqlayıb.

Qeyd edək ki, "TikTok" sonuncu dəfə iyulun 21-də platformada qeyri-münasib məzmunun mövcudluğuna görə qadağan edilmişdi. 

El Roman

 





20.11.2021    çap et  çap et