525.Az

Karateçimiz ikinci dəfə dünya çempionu oldu


 

Karateçimiz ikinci dəfə dünya çempionu oldu<b style="color:red"></b>

 Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatı davam edir.

525.az xəbər verir ki, qadın karateçisi İrina Zaretska final görüşünə çıxıb. 68 kq çəki dərəcəsində çıxış edən idmançının rəqibi italiyalı Silvia Semeraro olub. Qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.

Asiman Qurbanlı isə bürünc medal görüşünə çıxıb. 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.

 





20.11.2021    çap et  çap et