525.Az

Bir çanta pul magistral yola töküldü


 

Bir çanta pul magistral yola töküldü<b style="color:red"></b>

 

ABŞ-ın Cənubi Kaliforniya ştatında magistral yolda hərəkətdə olarkən zirehli maşından bir çanta pul yola səpələnib. 

525.az xəbər verir ki. pulu görən sürücülər avtomobillərin axınına baxmayaraq, maşınlarını park edərək pulları yığmağa başlayıblar. Hərəkətin dayandığı yolda pul yığanlar bir-biri ilə yarışıb. Yol serjantı Kertis Martin, “Qapılardan biri açıldı və pul kisələri tökülüb”, - deyib.

Martin bildirib ki, əsasən 1 və 20 dollarlıq əskinaslar yolun bütün zolaqlarına səpələnib və nəqliyyatın hərəkəti xaotik dayanıb. Hadisə yerində 2 nəfərin saxlanıldığını qeyd edən Martin, pulu aldığı aşkarlanan digər şəxslərin cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib.

El Roman

 





20.11.2021    çap et  çap et