https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Tura Qəbələdə yekun vurulacaq

Tura Qəbələdə yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

525.az-ın məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Sumqayıt" arasında olacaq. Hazırda əyalət klubu 18 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 11 xalla 6-cı pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 36 dəfə üz-üzə gəliblər. Bunların 20-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 11 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "qırmızı-qaralar"ın böyük üstünlüyü var - 56:27.

“Sumqayıt” son 4 matçdan yalnız birində qol vurub. “Qəbələ” isə son 3 ev oyununda uduzmayıb.

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" evdə "Keşlə"yə minimal hesabla qalib gəlib - 1:0. Ötən gün oynanılmış qarşılaşmalarda isə "Zirə" doğma meydanda "Səbail"i 3:1, "Sabah" isə səfərdə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası

XI tur

21 noyabr (bazar)

16:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Qəbələ şəhər stadionu,

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.