525.Az

Hindistanda daşqınlar nəticəsində 30-a yaxın insan ölüb


 

Hindistanda daşqınlar nəticəsində 30-a yaxın insan ölüb<b style="color:red"></b>

Hindistanın cənub-qərbindəki Andhra Pradeş ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.

525.az xəbər verir ki, bu barədə "India TV" məlumat yayıb.

Məlumata görə, 1 316 kənd su altında qalıb. Yağıntı ehtimalının yüksək olması səbəbindən əyalət hökuməti gözləmə rejiminə keçib.

Hökumət həlak olanların yaxınlarına 500 min rupi (6,7 min ABŞ dolları) ödənəcəyini açıqlayıb.

 





21.11.2021    çap et  çap et