525.Az

Qarabağın su ehtiyatları açıqlanıb


 

Qarabağın su ehtiyatları açıqlanıb<b style="color:red"></b>

GİS texnologiyalarından - peyk, radar məlumatlarından istifadə etməklə CWBM və SWBM balans metodları işlənilib. Bu metodlar əsasında Qarabağın su ehtiyatları qiymətləndirilib.

Coğrafiya İnstitutundan 525.az-a bildirilib ki, elmi-tədqiqat şöbələrinin 2021-ci il üzrə illik hesabatlarının müzakirəsində “Qurunun hidrologiyası və su ehtiyatları” şöbəsinin müdiri Rza Mahmudov bildirib ki, bu metodlara görə hesablanmış ərazinin su ehtiyatları 1.93 km3 təşkil edir.

İqlim dəyişmələrinin çayların rejiminə, illik axımına təsiri göstərir ki, digər ərazi çaylarında olduğu kimi, Qarabağ ərazi çaylarında da 1988-2020-ci il dönəmində su ehtiyatları 9,8%, yəni əvvəlki dövrdə mövcud olan 2.14 km3-dən 1.93 km3-ə qədər azalıb.

 





22.11.2021    çap et  çap et