525.Az

"Şahdəniz 2"də daha bir quyudan hasilata başlanılıb


 

"Şahdəniz 2"də daha bir quyudan hasilata başlanılıb<b style="color:red"></b>

"Şahdəniz 2" yatağının şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

525.az xəbər verir ki, bu barədə BP şirkətinin açıqlamasında deyilir. Bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur:

"Mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib", - bp qeyd edir.

 





22.11.2021    çap et  çap et