525.Az

"Davamlı insan inkişafında elmin göstəriciləri" müzakirə edilib


 

"Davamlı insan inkişafında elmin göstəriciləri" müzakirə edilib<b style="color:red"></b>

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Mətbuat Şurası ilə birgə jurnalistlər üçün keçirdiyi "Davamlı insan inkişafı" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunun elm təhsilə həsr olunmuş növbəti treninqi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev "Davamlı insan inkişafında elmin göstəriciləri" mövzusunda məruzə ilə çıxış edib: "Elmin inkişafı üzrə Milli Strategiyanı xüsusilə qeyd etmək istəyirəm. Adətən strateji bir sənəddir. Elmin İnkişafı Fondu bu strategiyanın nəticəsi olaraq yaradılıb. bunun əsasında elmin maliyyələşdirilməsi üzrə işlər yerinə yetirilir. Digər çox maraqlı lakonik, dolğun maraqlı sənəd "Azərbayan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasıdır. Əfsuslar olsun ki, bizdə kimlərsə daha çox bir sənəd haqqında özləri oxumadan ona-buna istinad edərək danışırlar, yazırlar. Mən ən azı iki dəfə bu sənədi diqqətlə oxumuşam. Hesab edirəm ki, İnkişaf Konsepsiyasının ən azı yarısını həyata keçirsək, həqiqətən 2020-ci ilə qoyulan məqsədlərə nail ola bilərik. Xüsusilə İnkişaf Konsepsiyasında İKT istiqamətinə güc verilməsi kadr hazırlığı ən önəmli yerlərdən birini tutur".

E. Babayev uğurlu layihələri vurğulamaqla yanaşı  "Elm haqqında qanun"un qəbulunun gecikməsindən təəssüfünü dilə gətirib: "Alimlər illərdir ki, bu sənədi gözləyirlər. Çünki bu sənəd elmin inkişafında, alimlərin təkcə professional yox, sosial həyatındakı dəyişiklikləri özündə ehtiva edir. Razıyam ki, bu cür sanballı qanunlar ciddi uzunmüddətli müzakirə olunmalıdır. Hər bir kəs fikrini deməlidir. Onlar yenidən  müzakirəyə çıxarılmalıdır sonda çox təkmil bir sənəd qəbul olunmalıdır. Bu qanun Elmin İnkişafı Fonduna da gəlmişdi. Biz təqribən 14-15 səhifəlik öz irad təkliflərimizi yazdıq, göndərdik. Ancaq yenə "Elm haqqında qanun" qəbul olunmayıb. Ən azı bu il bu qanunun qəbulu ölkədə elmin flaqmanı olan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində böyük bir hədiyyə olar".

Direktor dövlət proqramlarının icrasını, nəticələrini  KİV nümayəndələrinin aktiv işıqlandırılmasının vacibliyini vurğulayıb: "Çünki dövlət proqramları daha çevik proqramlardır spesifik sahələri əhatə edir. Məsələn, keçən il bildiyiniz kimi ölkədə "İKT ili" elan olunmuşdu. İKT sahəsində bizim uğurlarımız həqiqətən çoxdur. İKT üzrə biz Fond olaraq üç müsabiqə təşkil edib keçirdik. Bu il "Sənaye ili" elan olunub. Yenə bu məqsədlə qrant müsabiqələri elan olunaraq həyata keçiriləcək. Qeyd etdiyim kimi Elmin İnkişafı Fondu 2009-cu ildə yaradılıb. Adətən, formalaşma prosesi bir il çəkir. Amma biz səylərimizi birləşdirərək təxminən 6 ay ərzində Fondun fəaliyyətə başlamasına nail ola bildik. İlk müsabiqə 2010-cu ildə elan olundu. Həmin vaxtdan indiyə qədər 19 müsabiqə keçirilib 30 milyon manatdan artıq vəsait ailmlər üçün xərclənib.Azərbaycan dövləti çalışır ki, elmə ayrılan vəsait daha da artsın. Azərbaycanın bölgənin elm mərkəzinə çevrilməsini istəyirik". Sonda icraçı direktor jurnalistləri maraqlandıran sualları cavablandırıb.

İdarəçilik Akademiyasının müəllimi Miraqil Seyidzadə kursun təşkil olunması məqsədini açıqlayıb "İnsan potensialı" mövzusunda fikirlərini kurs iştirakçıları ilə bölüşüb: " Kurs artıq hər kəsə tanış olan "davamlı insan inkişafı" konsepsiyasının ictimaiyyətə daha ətraflı çatdırılması məqsədilə təşkil olunub. İnsan inkişafı indeksi universal sistem olduğu üçün sonralar müxtəlif indekslərdən istifadə olunmağa başladı ki, mənzərəni daha aydın əks etdirə bilsin. Davamlı insan inkişafı konsepsiyanın vacib cəhətlərindən biri odur ki, rəngarəng auditoriyalarda geniş tədris olunmalıdır. İnkar etmirəm, insan inkişafı ilə bağlı xeyli işlər görülüb. Ancaq istərdim ki, bununla bağlı daha silsilə yazılar, verilişlər olsun. İnsan inkişafı konsepsiyasının mərkəzində insan dayandığı bu layihəni insan həyata keçirdiyi üçün insan potensialı mühüm əhəmiyyət kəsb edir. İnkişafın zirvəsinə qalxmış ölkələr buna məhz məhz insan potensialının inkişafı ilə nail olublar. İnsan potensialının inkişafı isə birbaşa təhsillə bağlıdır. İnsan potensialının formalaşmasında təhsilin rolu əvəzedilməzdir.İnsan inkişafında layiqli həyat səviyyəsinin  təşkili çox vacib amildir. Regionlarda diaqnostik mərkəzlərin, idman komplekslərinin inşası da bu siyasətin həyata keçirilməsinə sübutdur. Gənclər üçün mərkəzlərin təşkilini qeyd etmək yerinə düşər. Azərbaycan Prezidentinin "2007-2015 illər Azərbaycan gənclərinin xaricdə təhsil proqramı"nın uğurla həyata keçirilməsinin bəhrələrini biz artıq görürük. Xaricdə təhsil almış gənclərimiz bu gün elmin müxtəlif sahələrində çalışırlar. Sübut olunub ki, ölkədə təhsilin səviyyəsi qədər yüksək olarsa, ölkədə ümumdaxili məhsulun səviyyəsi bir o qədər böyük olur. Dünyanın bu gün öndə gedən, inkişaf etmiş ölkələri buna insan potensialına yatırılan sərmayənin nəticəsidir. Biz bu qabaqcıl təcrübələrdən istifadə etməli, insan potensialının inkişafını həmişə diqqətdə saxlamalıyıq". M.Seyidzadə sonda jurnalistlərin suallarına cavab verib.

S.MÜRVƏTQIZI

 





01.05.2014    çap et  çap et