525.Az

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb


 

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanın keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da olacaq.
 
Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək.
 
Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 11-də, II və III qruplar üzrə mayın 18-də baş tutacaq.

 





01.05.2014    çap et  çap et