525.Az

Azərbaycanlı tələbə və doktorantlar Ankaradakı Azərbaycan Evinin qonaqları olub


 

Azərbaycanlı tələbə və doktorantlar Ankaradakı Azərbaycan Evinin qonaqları olub<b style="color:red"></b>

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV)  nəzdində fəaliyyət göstərən Azərbaycan Evinin budəfəkiqonaqları Türkiyənin müxtəlif ali təhsil ocaqlarındabakalavr, magistr və doktorantura təhsili alan azərbaycanlı gənclər olub.

525.az-ın məıumatına görə, TADİV sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün AttarXaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) təqaüdü ilə təhsil alan gənclərə Ankarada fəaliyyət göstərən Azərbaycan Evi barədə geniş məlumat verərək bildirib ki, burada Şuşa konfransmərkəzi,Qarabağ oxu zalı təşkil edilib, Qarabağ oxu zalının içində isə Qarabağ müharibəsində həlak olan şəhidlərimizin hər birinin şəklinin əks olunduğu lövhə və “Qarabağ Zəfəri” guşəsi yaradılıb.

Professor Aygün Attar TADİV-in 1997-ci ildə türk dünyasınıngörkəmli elm adamı,ictimai xadim,xalqımızın yaxın dostuİhsanDoğramacıtərəfindən yaradıldığını, fəaliyyətini 2019-cu ildən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə davam etdirdiyini bildirib.

Tələbələri Azərbaycan Evində görməkdən məmnunluğunu dilə gətirən Aygün Attargənclərin Türkiyə ilə Azərbaycan arasında çoxşaxəli münasibətlərin inkişafındakı roluna və Qarabağ Zəfərindəki payınaxüsusilə diqqət çəkib.

Görüşdə həmçininŞuşa Bəyannaməsində Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti ilə bağlı müddəaların gənclərin qarşısında yeni vəzifələr qoyduğu bildirilib,gəncləriniki ölkə diasporunun gələcək əməkdaşlığına töhfəsindən söz açılıb, müxtəlif mövzularda geniş fikir mübadiləsi aparılıb vətəkliflər dinlənilib.

Gənclər də öz növbələrindəazərbaycanlı gənclərin iştirakı ilə Azərbaycan Evində mütəmadi olaraq mədəni tədbirlər, seminar və görüşlər keçirəcəklərini bildiriblər. 

Sonda  tələbələrAzərbaycan Evinin Şuşa konfrans mərkəzindəpiano və skripkadamilli mahnılarımızı ifa ediblər. 


 

 





23.11.2021    çap et  çap et