525.Az

ABŞ və Avropanın nüfuzlu alimləri Qərb Universitetində


 

ABŞ və Avropanın nüfuzlu alimləri Qərb Universitetində<b style="color:red"></b>

Azərbaycanın təhsil sistemində ABŞ Avropanın nüfuzlu universitetləri ilə ikitərəfli beynəlxalq konsorsiumlar çərçivəsində çoxtərəfli əlaqələri sistemli şəkildə qurmaqda öncül olmuş Qərb Universiteti bu ənənəni davam etdirir. Universitet etibarlı məsuliyyətli tərəfdaş kimi, birgə əməkdaşlığa, eləcə , ikitərəfli çoxtərəfli layihələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə xüsusi həssaslıqla yanaşır, vəzifələsini uğurla həyata keçirir. Bu səbəbdən , hələ 20 il əvvəl qurulan münasibətlər indi bəhrəsini verir.

1995-ci ildə Qərb Universiteti Böyük Britaniyanın Kolderdeyl kolleci ilə birlikdə bazar iqtisadiyyatına keçid dövründə ali təhsil sisteminin inkişaf etdirilməsinə həsr olunmuş TASİS layihəsində iştirak etmişdi. Həmin layihə Böyük Britaniya universitetləri ilə digər silsilə layihələr üçün əsas olmuşdur. Onlardan biri Nou-hau Fondunun Şərqi Avropa Mərkəzi Asiya ölkələri ilə Təhsil sahəsində Reqional əməkdaşlıq layihəsidir. Layihə Britaniya Şurası tərəfindən həyata keçirilirdi. Maliyyə xidmətləri üzrə tədris proqramlarının yaradılmasına yönəlmiş  layihə üzrə partnyor-institut Notingem Trent Universiteti idi. Layihənin kordinatoru Notingem Trent Universitetinin İndiana Universitetinin professoru, həmçinin Qərb Universitetinin fəxri professoru Rendel Beyker olub.

Rendel Beyker ABŞ-da sosial-siyasi elmlər üzrə görkəmli mütəxəssislərdən sayılır. Tədqiqat sferasına siyasi elmin sosiologiyanın müxtəlif sahələri, dövlət idarəçiliyi, elmşünaslıq, ətraf mühit hüququna dair geniş spektri əhatə edən mövzular daxildir. Professor İspaniyanın Sevilya, Madrid şəhərlərində, Böyük Britaniya, Boliviya, Bolqarıstan Azərbaycanda bir sıra universitetlərin qurulmasına böyük kömək göstərib.

Qərb Universiteti ilə əlaqələrinə xüsusi önəm verən professor Beyker mayın 1-dən 16-dək QU tələbələri üçün "Niyə Amerika Avropa deyil?", Ətraf mühit: elm, siyasət dəyərlər", "Təbiət dəyişikliklərin bizə təsiri biz bunu necə idarə edə bilərik?" mövzularında 10 günlük kurs aparacaq.

Aprelin 28-dən isə Böyük Britaniyanın çox nüfuzlu ali məktəblərindən olan İmperial Kollec Biznes Məktəbinin professoru, marketinq, biznes strategiyası, beynəlxalq biznes sahələrində görkəmli mütəxəssis kimi İngiltərənin akademik dairələrində böyük nüfuza malik Kolin Lav "Təşkilat davranış", "İnsan resurslarının idarə edilməsi" mövzularında kurs keçir. Məşğələlər mayın 2-dək davam edəcək.

 





01.05.2014    çap et  çap et