525.Az

Mer müavini -20 dərəcədə soyunaraq qara atıldı - Foto


 

Mer müavini -20 dərəcədə soyunaraq qara atıldı - <b style="color:red"> Foto </b>

Novosibirsk merinin müavini Anna Tereşkova soyunaraq qara atılıb. Lakin Tereşkovanın bu addımı yerli sakinlər tərəfindən uydurma kimi qəbul edilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhər merinin müavini Rusiyada məşhur, lakin son vaxtlar az rast gəlinən "Buzda çimmək" ənənəsini canlandırmaq və insanları sağlam həyata sövq etmək üçün bu addımı atıb. -20 dərəcədə soyunaraq qarın altına girən Annanın bu hərəkəti ictimaiyyət tərəfindən bəyənilməyib. İnstaqramda qarın içinə girdiyi anların videosunu paylaşan Tereşkova izləyicilər tərəfindən saxta olduğu səbəbilə mənfi reaksiyalar alıb.

Tereşkova, "Biz Sibirdə olmağımızdan istifadə etməliyik. Burada güclü və sağlam insanlar yaşayır. Bədəni gümrah saxlamağın ən yaxşı yolu soyuqda qarın içinə girməkdir", - deyə söyləyib.

El Roman 
 

 





23.11.2021    çap et  çap et